ABŞ-də təyyarə qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr
- 13 oktyabr, 2025
- 19:49
ABŞ-nin Massaçusets ştatının Dartmut şəhərində yüngül motorlu təyyarənin qəzaya uğraması və qəzadan sonra alışması nəticəsində iki nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə WCVB telekanalı ştat polisinə istinadən məlumat yayıb.
Məlumata görə, təyyarənin Nyu Bedford regional hava limanına enməyə cəhd etdiyi ehtimal edilir. Qəza yerindən çəkilmiş videoda təyyarənin magistral yolda yandığı görünür.
Polis pilotun nə uçuş planını təqdim etdiyini, nə də təyyarədə olan insanların sayı barədə məlumat verdiyini bildirib.
Qəza bölgədə tüğyan edən, güclü külək və yağışla müşayiət olunan şiddətli fırtına zamanı baş verib. Ölənlərin kimliyi hələlik açıqlanmayıb.
Son xəbərlər
17:30
Azərbaycan velosipedçisi Viktoriya Sidorenko Çində uğurlu nəticə göstərib
Fərdi17:22
Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib
Region17:20
Foto
Bəşir Hacıyev və Ramin Məmmədov Kəlbəcərdəki qəbiristanlıqlara baxış keçiriblər
Daxili siyasət17:17
"Sumqayıt" braziliyalı hücumçu Jeam Oliveyranı transfer edib
Futbol17:15
Foto
"Unibank"a yeni sədr təyin edilib
Maliyyə17:14
Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb
Elm və təhsil17:12
Azərbaycanda ötən ay maksimal temperatur 41 dərəcə olub
Ekologiya17:03
Rusiya Dnepropetrovskdə yanacaqdoldurma məntəqəsinə zərbə endirib, ölənlər var
Digər ölkələr17:01
Foto