ABŞ-də təyyarə qəzasında üç nəfər ölüb

Digər ölkələr
  • 17 noyabr, 2026
  • 06:24
ABŞ-də təyyarə qəzasında üç nəfər ölüb

ABŞ-nin Arizona ştatındakı Böyük Kanyon Milli Parkının şimal kənarı yaxınlığında baş verən təyyarə qəzasında üç nəfər ölüb.

"Report"un xəbərinə görə, bu barədə milli parkın mətbuat xidməti "facebook"da məlumat yayıb.

Qalıqlar Milli Park Xidmətinin əməkdaşları tərəfindən 16 noyabrda yerli vaxtla təxminən saat 10:15-də (Bakı vaxtı ilə saat 21:15) aşkar edilib. Sağ qalan yoxdur.

Fövqəladə yardım xidmətlərinə göyərtəsində üç nəfərin olduğu təyyarənin həmin gün səhər itməsi barədə məlumat daxil olub.

Qəzanın səbəbləri açıqlanmır.

44 filmi