ABŞ Konqresinə daxil olan 60-a yaxın etirazçı saxlanılıb

Digər ölkələr
  • 20 dekabr, 2023
  • 06:02
ABŞ Konqresinə daxil olan 60-a yaxın etirazçı saxlanılıb

ABŞ-də Qəzza zolağında atəşkəsə dəstək aksiyası keçirilib.

“Report” bu barədə “Fox News” telekanalına istinadən xəbər verir.

Etirazlar Konqresin binasında, Kapitolidə baş tutub. Nəticədə polis 60-a yaxın fəalı saxlayıb.

Mitinq Kapitolinin daxilində keçirilib və rəsmi orqanlarla razılaşdırılmayıb. Aksiyaya fəal Linda Sarsur başçılıq edib.