ABŞ-də baş verən atışmada 3 nəfər ölüb
Digər ölkələr
- 12 avqust, 2025
- 05:07
ABŞ-nin Texas ştatının paytaxtı Ostində “Target” parkında baş verən atışmada 3 nəfər ölüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Ostin polis rəisi Lisa Davis bildirib ki, polislər hadisə yerinə gələndə iki nəfərin cansız bədənini aşkar ediblər:
“Şübhəli hadisə yerindən qaçıb. Polis daha sonra onu Ostinin cənubunda ələ keçirib. Üç nəfər ölüb. Bu, Ostin üçün çox kədərli bir gündür”.
Lisa Davis əlavə edib ki, şübhəlinin əvvəllər psixi sağlamlıq problemləri olub.
Təcili yardımın rəisi Robert Lakritz isə bildirib ki, iki nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Onun sözlərinə görə, daha bir nəfər güllə yarası ilə əlaqəsi olmayan xəsarətlərlə müalicə olunub.
Son xəbərlər
19:00
Nepal və Çində daşqın qurbanlarının sayı 800-ü keçib - YENİLƏNİB-2
Digər ölkələr18:45
Şimali Kiprdə gəminin batması ilə bağlı istintaq başladılıb
Region18:35
Anar Hacıyev "LANDAU Lions" klubundakı fəaliyyətini davam etdirəcək
Komanda18:25
"Roma" Leonardo Balerdini "Marsel"dən icarəyə götürüb
Futbol18:25
Foto
Kiyevin şimalına PUA hücumları davam edir
Region18:18
Pezeşkian sabah Qırğızıstana səfər edəcək
Region18:08
BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib
Hadisə18:04
Braziliyada fırtına olub, ölənlər var
Digər ölkələr17:53