ABŞ-də avtomobil piyadalara çırpılıb, ölən və xəsarət alanlar var
Digər ölkələr
- 08 noyabr, 2025
- 23:23
ABŞ-nin Florida ştatının Tampa şəhərində avtomobilin piyadaları vurması nəticəsində azı dörd nəfər həlak olub, daha 11 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalı yerli polisə istinadən məlumat yayıb.
Bildirilir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil binaya çırpılıb.
"Xəsarət alanların üçü hadisə yerində, dördüncüsü isə xəstəxanada vəfat edib. Onlardan birinin vəziyyəti kritikdir, digər səkkiz nəfər isə stabil vəziyyətdədir", - polis məlumat verib.
Qeyd olunur ki, yüngül xəsarət alan iki nəfərə yerində tibbi yardım göstərilib.
Polisin məlumatına görə, 22 yaşlı avtomobil sürücüsü Saylas Sempson qəza yerində saxlanılıb, onun küçə yarışlarında iştirak etdiyi bildirilir.
Son xəbərlər
20:40
Fransa qəzeti PSJ-nin rusiyalı qapıçısını ayın oyunçusu seçib
Futbol20:32
Türkiyə şirkəti "Şahdəniz"də hasilatın artırılması ilə bağlı 11 milyon dollarlıq müqavilə imzalayıb
Energetika20:32
Türkiyədə 8 il axtarışda olan FETÖ-çü qadın yaxalanıb
Region20:08
Ali Məclis Naxçıvanın gələnilki büdcəsini son oxunuşda qəbul edib
Daxili siyasət19:55
"Atletiko"nun futbolçusu digər La Liqa klubu ilə anlaşıb
Futbol19:37
Foto
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib
Daxili siyasət19:26
Azərbaycan Prezidenti: Ukrayna, Moldova, Gürcüstan ərazilərində separatçı yuvalar var
Daxili siyasət19:26
Sultan Raev Prezident İlham Əliyevi təbrik edib
Xarici siyasət19:23