ABŞ-də atışma nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb

Digər ölkələr
  • 16 avqust, 2026
  • 07:58
ABŞ-də atışma nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb

ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərindəki Çarlz Yanq parkında baş verən atışma nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.

"Report"un yerli WKYT telekanalına istinadən verdiyi məlumata görə, yaralananlar arasında 4 yaşlı uşaq, 14 yaşlı yeniyetmə və iki böyük var.

Leksinqton polisi bildirib ki, yaralıların vəziyyəti həyati təhlükə yaratmır.

Polis hələlik şübhəlinin kimliyi barədə məlumat açıqlamayıb.