ABŞ-da Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma olub - VİDEO

Digər ölkələr
  • 05 avqust, 2018
  • 01:42
ABŞ-da Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma olub - VİDEO

Bakı. 5 avqust. REPORT.AZ/ ABŞ-ın hüquq-mühafizə orqanları şənbə günü Oreqon ştatının Portlend şəhərində ölkə prezidenti Donald Trampın yüzlərlə tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşmanın qarşısını alıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsi məlumat yayıb.

Bildirilir ki, qarşıdurma zamanı etirazçılar bir-birilərinə daş və butulka da daxil olmaqla müxtəlif əşyalar atıblar. Həmçinin etirazçıların əllərində beysbol taxtası, qatlanan bıçaq, dəyənək, qaz pulverizatoru və səs qumbarası da olub. Saxlanılan və zərərzəkənlərin sayı açıqlanmır.