ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr
- 21 sentyabr, 2020
- 02:36
ABŞ-ın Texas ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə CNN teleşirkəti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, təyyarə mühərrikdə yaranan nasazlığa görə eniş etmək istəyərkən qəzaya uğrayıb. Qeyd edilir ki, qəza zamanı iki kişi və iki qadın həlak olub.
Təyyarə Ostin şəhərindən səmaya qalxıb və Luizianaya qayıdırmış.
Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura özünün "Twitter"dəki səhifəsində hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. Şuranın məlumatına görə, söhbət "Piper PA-46" təyyarəsindən gedir.
Son xəbərlər
21:27
Foto
UEFA Çempionlar Liqası: "Sabah" "Orhus"la matçda ikinci qolu vurub - YENİLƏNİB-4
Futbol21:26
Prezident yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib
Hərbi21:25
Fələstin Prezidenti Türkiyəyə səfərə gəlib
Region21:09
Bakı-Quba yolunda qəzada ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə21:03
İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib
Digər ölkələr20:55
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur20:51
EIA gələn il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb
Energetika20:45
Tramp: Rusiya Gilmanın azad edilməsi müqabilində heç nə tələb etməyib
Digər ölkələr20:41