ABŞ-da sərnişin qatarının relsdən çıxması nəticəsində 29 nəfər xəsarət alıb

Digər ölkələr
  • 09 oktyabr, 2016
  • 07:06
ABŞ-da sərnişin qatarının relsdən çıxması nəticəsində 29 nəfər xəsarət alıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-da sərnişin qatarının relsdən çıxması nəticəsində 29 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "CBS New York" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Nyu-York ştatında, "Nyu-Hayd-Park" stansiyasında baş verib.

Hadisə zamanı üç vaqon relsdən çıxıb. Qəza baş verən zaman qatarda təxminən 600 sərnişin olub.

Qeyd edək ki, ilkin məlumatda hadisə zamanı 11 nəfərin xəsarət aldığı bildirilirdi.