ABŞ-da pandemiya qurbanlarının sayı 33 mini ötdü
- 17 aprel, 2020
- 14:10
ABŞ-da son bir gündə daha 2 296 nəfər koronavirusun qurbanı olub.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 33 286 nəfərə çatıb.
Bildirilib ki, ABŞ-da daha 31 692 nəfərə koronavirus diaqnozu qoyulub və infeksiya daşıyıcılarının sayı 671 425-ə yüksəlib.
Eyni zamanda indiyədək 56 236 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 208 000-i ötüb. Bunların 558 440 nəfəri sağalıb, 148 719 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.