ABŞ-da iri hərbi təyyarə ön şassi açılmadan eniş edib - VİDEO

Digər ölkələr
  • 10 avqust, 2018
  • 03:49
ABŞ-da iri hərbi təyyarə ön şassi açılmadan eniş edib - VİDEO

Bakı. 10 avqust. REPORT.AZ/ Amerika Hərbi Hava Qüvvələrinin "Lockheed C-5 Galaxy" tipli ən iri nəqliyyat təyyarəsi ön şassisi açılmadan San-Antonio (Texas ştatı) aviabazasına qəza enişi edib.

"Report" "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, hava gəmisi burnu üstə yerə dəyərək zədələnə biləcəyi bir halda, "C-5"in pilotu öz ustalığını ortaya qoyaraq çoxtonluq təyyarəni burnunu yerə vurmadan uçuş-eniş zolağında saxlaya bilib.

Bu, təyyarəni ciddi zədələnmədən yayındırmağa imkan verib.

"The Drive" nəşrinin məlumatına görə, hadisə nəticəsində heç kim xəsarət almayıb. Hadisənin dəqiq hansı tarixdə baş verdiyi məlum deyil.