ABŞ Çinin müdafiə nazirinə qarşı sanksiyaları ləğv etməyi düşünmür

Digər ölkələr
  • 22 may, 2023
  • 18:29
ABŞ Çinin müdafiə nazirinə qarşı sanksiyaları ləğv etməyi düşünmür

ABŞ administrasiyası Çinin müdafiə naziri Li Şanfuya qarşı sanksiyaları ləğv etməyi düşünmür.

“Report” xəbər verir ki, bunu brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

O, jurnalistin müvafiq sualına: “Xeyr, belə deyil. Mən bununla məhdudlaşacam. Belə deyil”- deyə cavab verib.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun Çinin müdafiə naziri Li Şanfuya qarşı sanksiyaları yumşaldacağını və ya ləğv edəcəyini etiraf edib.

“Bu, hazırda müzakirə olunur”, - deyən Bayden məhdudiyyətlərin qaldırılması və ya yüngülləşdirilməsi ilə bağlı suala cavabında qeyd edib ki, ABŞ Pekinin hərbi potensialını gücləndirmək üçün istifadə edə biləcəyi materialların və texnologiyaların ötürülməsinə qoyulan qadağanı aradan qaldırmaq niyyətində deyil.

Millerdən brifinqdəki cavabının Baydenin sözlərini təkzib etməsi demək olub-olmadığını aydınlaşdırmaq istənib: “Bu heç də belə deyil. Bayden həmçinin açıq şəkildə bildirdi ki, Li Şanfu və ya ümumilikdə Çinə qarşı hər hansı sanksiyaları ləğv etmək planımız yoxdur”.

Li Şanfuya qarşı sanksiyalar isə 2018-ci ildə Rusiyadan "Su-35" qırıcıları və "S-400" zenit-raket kompleksləri almasına görə tətbiq edilib.

44 - Tezliklə