ABŞ bankları Argentinaya 20 milyard dollar kredit vermək zəmanəti üçün mübarizə aparır
- 21 oktyabr, 2025
- 05:50

Bir qrup ABŞ bankı Argentinaya 20 milyard dollarlıq kredit üçün zəmanəti təmin etmək üçün çalışır.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb.
Jurnalın yazdığına görə, "JPMorgan Chase", "Bank of America" və "Goldman Sachs" "demək olar, müflis olmuş Cənubi Amerika ölkəsinin qarmağına çevrilmədən Argentina üçün kredit təmin etmək üçün can atırlar".
Nəşr qeyd edir ki, bank krediti ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının Argentina lideri Xavyer Miley hökumətinə maliyyə dəstəyini təmin etmək planının bir hissəsidir. Bu plana 20 milyard dollarlıq valyuta mübadiləsi və özəl maliyyə institutlarından analoji məbləğdə kredit daxildir. ABŞ bankları Maliyyə Nazirlyindən Argentina və ya Vaşinqtonun özünün təmin edə biləcəyi zəmanətlərlə bağlı göstəriş gözləyir.