2010-cu ildən bəri ilk dəfə Atlantik okeanda üç qasırğa meydana gəlib

Digər ölkələr
  • 07 sentyabr, 2017
  • 12:23
2010-cu ildən bəri ilk dəfə Atlantik okeanda üç qasırğa meydana gəlib
EPA

Bakı. 7 sentyabr. REPORT.AZ/ 2010-cu ildən bəri ilk dəfə Atlantik okeanda birdən-birə üç qasırğa meydana gəlib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, dünən Meksika körfəzinin Meksika sahillərində meydana gələn tropik "Katya" fırtınası qasırğaya çevrilib. Demək olar ki, eyni vaxtda tropik "Xose" fırtınası da qasırğa kateqoriyasına keçib.

"Xose" qasırğasının cümə gününə qədər güclənəcəyi və üçüncü kateqoriyaya çatacağı gözlənilir. ABŞ-ın Milli Qasırğa Mərkəzi "Xose"nin hələlik insanlar üçün təhlükəli olmadığını bildirib. Ancaq onun davranışının hər an dəyişə biləcəyi ehtimalı da bildirilib.

Xatırladaq ki, sentyabrın 6-da Karib dənizinin adaları "İrma" qasırğasının təsirinə məruz qalıb.

Saffir-Simpson şkalası ilə maksimal - 5 ballıq kateqoriyaya aid edilən "İrma" qasırğasının təsirini ilk olaraq Antiqua və Barbuda ada dövləti üzərində hiss edib. Təbii fəlakət nəticəsində azı 8 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Meteoroloqların fikrincə, "İrma" qasırğası həftə sonu Florida ştatının sahillərinə çatacaq. ABŞ-ın bu ştatında isə evakuasiyaya hazırlaşırlar. Meteoroloqlar isə bu qasırğının avqustda Texas ştatını cənginə almış "Harvi" qasırğasından da güclü olduğuna dair xəbərdarlıq edirlər.

Əlavə edək ki, 1893 və 1998-ci illərdə Atlantik okeanında eyni anda dörd qasırğa baş verib. 

44 - Tezliklə