Gürcüstanda 18 yaşlı azərbaycanlı qız itkin düşüb
Diaspor
- 12 aprel, 2021
- 09:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli kənd sakini olan 18 yaşlı azərbaycanlı Nərmin İsayeva itkin düşüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Bildirilib ki, qız evi tərk etməsini anasına mesaj vasitəsilə bildirib, lakin səbəbini və hara getdiyini açıqlamayıb.
Ailə üzvlərinin sözlərinə görə, N.İsayeva 6 ay bundan öncə qonşu kənddə yaşayan gənclə nişanlanıb və toy yaxın günlərə planlaşdırılıb. Onlar qızın nişanlanmasına etiraz olaraq evdən qaçdığını istisna ediblər.
Valideynləri qızın başqa gənc tərəfindən qaçırıldığını ehtimal edirlər. Lakin hazırkı mərhələdə bunu sübut edən fakt yoxdur.
N.İsayevanın ailəsi məsələ ilə bağlı polisə müraciət edib.
Son xəbərlər
15:54
"Birbank Taksit" kartı ilə noyabr alış-verişlərinə əlavə 5 % bonus
Maliyyə
15:50
Aİ səfirləri Rusiyaya qarşı sanksiyalar siyahısının genişləndirilməsini razılaşdırıblar
Digər ölkələr
15:50
İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib
Sosial müdafiə
15:48
Kuşner və Uitkoff noyabrın 12-də Moskvada Putinlə görüşəcəklər
Digər ölkələr
15:42
Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri "İpək Yolu" bəyannaməsini imzalayıblar
Ekologiya
15:42
Ukrayna və Rusiya azı 1000 hərbi əsirin mübadiləsi barədə razılığa gəlib
Digər ölkələr
15:39
MKA: Dövlət Yol Polisinin adından fişinq hücumları var
İKT
15:30
Aral Şimşir Türkiyə millisinin heyətindən çıxarılıb
Futbol
15:30
Medinski Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların yekunlarını şərh edib
Digər ölkələr