Dövlət Komitəsi: Los-Ancelesdə xəsarət alan azərbaycanlıların vəziyyəti ilə maraqlanırıq

Diaspor
  • 23 iyul, 2020
  • 09:32
Dövlət Komitəsi: Los-Ancelesdə xəsarət alan azərbaycanlıların vəziyyəti ilə maraqlanırıq

“Los-Ancelesdə xəsarət alan bütün soydaşlarımızın tibbi xərcləri Azərbaycan dövləti tərəfindən ödəniləcək”. 

“Report” xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev deyib. 

O bildirib ki, Dövlət Komitəsi hər bir soydaşımıza dəstək verməyə hazırdır: “Aksiya iştirak edən azərbaycanlıların hamısı ilə əlaqə saxlanılır və vəziyyətləri ilə maraqlanırıq”.