YAP-ın seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Daxili siyasət
  • 03 fevral, 2020
  • 05:54
YAP-ın seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Milli Məclisə seçkilərlə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

“Report” xəbər verir ki, fiziki şəxslərin könüllü ianəsi hesabına fondda 453 300 manat toplanıb. 

YAP bununla bağlı Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verib.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.