Növbəti köç karvanı Şuşakənd kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Daxili siyasət
  • 14 oktyabr, 2025
  • 14:40
Növbəti köç karvanı Şuşakənd kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb, açarlar təqdim olunub.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bununla Şuşakənd kəndinə köçürülən ailələrin sayı 42-yə (175 nəfər) çatıb.

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 27 ailə (116 nəfər) köçürülür.

Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu gün Şuşakənd kəndinə 27 ailə (116 nəfər) köçürülür.

Bununla da kəndə köçürülən ailələrin sayı 42-yə (175 nəfər) çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti