Xocalı sakini: 17 yaşında çıxmışdım, 52 yaşında qayıdıram
- 24 iyul, 2026
- 07:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Xocalının azad olunması Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun şücaəti sayəsində mümkün olub.
"Report" xəbər verir ki, bunu 17 yaşında Xocalı rayonunun Meşəli kəndindən çıxan Elşən İbadullayev Badara kəndinə köçürülən zaman deyib.
"Çox sevincliyik, Xocalı rayonunun Badara kəndinə köç edirik", - 52 yaşında Xocalıya qayıdan E. İbadullayev əlavə edib.
Cəbrayıl sakini Abdullayeva Zoya bu sevinci onlara yaşatdığına görə Azərbaycan Prezidenti və hərbçilərə minnətdarlıq edib.
Şükürbəyliyə köçən İmran Hüseynov da eyni hissləri bölüşüb.
Xatırladaq ki, bu gün Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayılın rayonun Şükürbəyli, Ağdərə rayonun Həsənriz, Kolatağ, Aşağı Oratağ, Vəngli, Xocalı rayonun Təzəbinə, Badara, Xanabad, Daşbulaq və Seyidbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb.