TİKA rəsmisi: TDT ölkələri QHT-lərinin təcrübə mübadiləsi əlaqələrini daha da möhkəmləndirəcək

Daxili siyasət
  • 24 noyabr, 2025
  • 11:35
TİKA rəsmisi: TDT ölkələri QHT-lərinin təcrübə mübadiləsi əlaqələrini daha da möhkəmləndirəcək

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin təcrübə mübadiləsi qarşılıqlı əlaqələri daha da möhkəmləndirəcək.

"Report" xəbər verir ki, bunu TİKA Bakı Ofisinin rəhbəri Hayrettin Çelik Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, TİKA qurulduğu gündən bu yana 170-dən artıq ölkədə fəaliyyə quraraq 30 mindən çox layihə icra edib:

"Missiyamız hər zaman Türkiyənin beynəlxalq əməkdaşlığı çərçivəsində ölkələrin iqtisadi, sosial və humanitar inkişaf prosesini dəstəkləmək, ortaq tarixi və mədəni irsi gələcəyə daşıyan davamlı layihələr həyata keçirmək olub. Bu missiyaya uyğun olaraq, Bakı ofisimiz də dayanıqlı əməkdaşlıq məqsədilə 2 minə yaxın layihə icra edib. Bu layihələr vasitəsilə türk xalqlarının birliyini dünyaya nümayiş etdiririk".

H.Çelik əlavə edib ki, vətəndaş cəmiyyətinin müasir dövlətlərin əsas dayaqlarından biri olduğu nəzərə alınaraq, ortaq irsin araşdırılması və müasir təcrübələrin paylaşılması istiqamətində fəaliyyət davam etməlidir:

"Burada iştirak edən qonaqların öz QHT təcrübələrini bir-biri ilə bölüşəcəklərinə və bununla aramızdakı dostluğun daha da möhkəmlənəcəyinə inanırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti