Təyyarə qəzasında həlak olan Leyla Bayramova Mehdiabadda dəfn edilib - YENİLƏNİB
- 29 dekabr, 2024
- 14:04
Yeniliklərdən dərhal xəbərdar olun!
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1963-cü il təvəllüdlü Leyla Bayramova ilə vida mərasimi başa çatıb.
"Report"un yerli bürosunun məlumatına görə, onun nəşi Mehdiabad qəsəbə qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində L.Bayramovanın doğmaları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
16:49
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1963-cü il təvəllüdlü Leyla Bayramovanın nəşi Sumqayıt şəhərinə gətirilib.
"Report"un yerli bürosunun məlumatına görə, qəzada həlak olan L.Bayramovanın nəşi ailəsinə təhvil verilib.
Hazırda onunla vida mərasimi keçirilir.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.