Təhsil Nazirliyinə 3,8 milyon, Xızı İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb
- 04 may, 2018
- 13:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 may. REPORT.AZ/ Prezident İlham Əliyev “Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Xızı şəhərində 1 nömrəli tam orta məktəbin 420 şagird yerlik yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,8 milyon manat, o cümlədən 1 nömrəli tam orta məktəbin yeni binasının tikintisi üçün Təhsil Nazirliyinə 3,8 milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Xızı Rayon İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.