Şuşa sakini: İşğal dövründə övladımı doğma şəhərə sevgi ilə böyütdüm

Daxili siyasət
  • 08 noyabr, 2025
  • 13:17
Şuşa sakini: İşğal dövründə övladımı doğma şəhərə sevgi ilə böyütdüm

Şuşa sakini işğal dövründə övladını doğma şəhərə sevgi ilə böyütdüyünü deyib.

İşğaldan azad olunduqdan sonra yenidən Şuşaya qayıdan Xatirə Məmmədova "Report"un yerli bürosuna açıqlamasında şəhərin çox sürətlə yenidən qurulduğunu bildirib.

O, Şuşa işğal ediləndə 16 yaşı olduğunu vurğulayıb:

"Uzun illər ərzində Şuşadan ayrı düşsək də, doğma şəhərimizi unutmadıq, bur gün yenidən evimizə qayıdacağımıza inandıq. Daim bu düşüncə ilə yaşadım, övladımı da Şuşaya sevgi ilə böyütdüm. Doğma ocağımıza döndüyümüz üçün xoşbəxtik. Bu gün Şuşa çox sürətlə yenidən qurulur.

Özüm çoxdandır yaradıcılıqla məşğul oluram. Əl işlərim əsasən vətənpərvərlik, milli-mənəvi dəyərlər mövzusundadır. Bu gün şəhərdə keçirilən sərgiyə "Üçrəngli bayrağımız", "Şuşa qalası", "Xarıbülübül" və başqa əsərlərimi çıxarmışam. Gələcəkdə də bütün yaradıcılığım xalqımızın şanlı zəfərinə həsr olunacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti