Sumqayıtda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib
Daxili siyasət
- 08 noyabr, 2023
- 10:28
Sumqayıt şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.
"Report"un yerli bürosunun məlumatına görə, əvvəlcə hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü olub. Yürüşə məktəblilər də qoşulub.
Eyni zamanda şəhərdə Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib. Gün ərzində Sumqayıt bulvarı ərazisində 11 min ağac əkilib.
Son xəbərlər
17:41
Tusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır
Digər ölkələr17:35
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
Region17:31
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 46 % artıb
Biznes17:26
İsmayıllıda avtoqəza olub, iki nəfər ölüb, bir nəfər xəsarət alıb
Hadisə17:16
Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Digər ölkələr17:16
DÇ-2026-da son 60 ilin ən az qayda pozuntusu müşahidə olunub
Futbol17:05
Ötən gün axtarışda olan 39 nəfər tapılıb
Hadisə16:47
Şuşa və Laçına dolu düşüb - YENİLƏNİB
Ekologiya16:47