SOCAR-ın şəhid və qazi olan əməkdaşlarının övladları üçün tədbir keçirilib

Daxili siyasət
  • 12 oktyabr, 2025
  • 10:55
SOCAR-ın şəhid və qazi olan əməkdaşlarının övladları üçün tədbir keçirilib

Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümü münasibətilə SOCAR-ın təşkilatçılığı, "Neftçi" və Türkiyənin "Galatasaray" Futbol klublarının tərəfdaşlığı ilə SOCAR-ın Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan əməkdaşlarının övladları üçün "Futbol günü" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, şəhid və qazı övladları əvvəlcə "Palms Sports" Futbol Mərkəzində olublar.

Burada uşaqlara "Neftçi" klubu haqqında ətraflı məlumat verilib və klubun tarixi ilə bağlı videosüjet nümayiş etdirilib.

Uşaqlar "Neftçi" klubunun A komandasının baş məşqçisi Samir Abbasov və futbolçular ilə görüşüb, onlarla xatirə şəkilləri çəkdiriblər. Onlar istirahət otağında futbolçularla birlikdə müxtəlif əyləncəli oyunlar oynayıblar.

A və B komandalarımız arasında keçirilən yoxlama oyununu izləyən uşaqlara "Neftçi" Peşəkar Futbol Klubunun adından xatirə hədiyyələri təqdim olunub.

Günün ikinci yarısında isə şəhid və qazi övladları SOCAR-ın Baş ofisində təşkil olunan tədbirdə iştirak ediblər.

Şəhid və qazi övladlarını salamlayan SOCAR-ın Sosial məsuliyyət Departamentinin rəisi Əsəd Məmmədov Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəhid və qazi övladlarına göstərilən diqqət və qayğıdan, bu siyasətə uyğun olaraq SOCAR tərəfindən görülən işlərdən bəhs edib.

Sonra uşaqlar "Galatasaray" klubunun futbolçularının şəhid və qazı övladlarına müraciətləri əsasında hazırlanmış xüsusi videoçarxı izləyiblər. Onlara "Galatasaray"ın formaları hədiyyə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti