Siyavuş Novruzov İranın Azərbaycandakı səfirinin ikinci katibi ilə görüşüb

Daxili siyasət
  • 17 may, 2018
  • 11:34
Siyavuş Novruzov İranın Azərbaycandakı səfirinin ikinci katibi ilə görüşüb
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov
Report

Bakı. 17 may. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov İran İslam Respublikasının Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə ilə görüşüb.

YAP-dan “Report”a verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

S.Novruzov Azərbaycan ilə İran arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin daha da inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.