Siyasi partiyaların illik maliyyə hesabatlarının MSK-ya təqdim edilmə müddəti başa çatıb

Daxili siyasət
  • 01 aprel, 2018
  • 09:22
Siyasi partiyaların illik maliyyə hesabatlarının MSK-ya təqdim edilmə müddəti başa çatıb
Mərkəzi Seçki Komissiyası
Report

Bakı. 1 aprel. REPORT.AZ / Azərbaycanda siyasi partiyaların 2017-ci il üzrə maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilmə müddəti bu gün başa çatıb.

“Report”un xəbərinə görə, indiyədək MSK-ya illik maliyyə hesabatını 30-a yaxın siyasi partiya təqdim edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.