Şəhidin həyat yoldaşı: 34 il hər gün onun yolunu gözlədim
- 21 avqust, 2026
- 14:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhid xanımı 34 il itkin sayılan həyat yoldaşının yolunu gözləyib.
Bunu "Report"un Laçına ezam olunan əməkdaşına açıqlamasında nəşi 34 ildən sonra tapılaraq rayonun Şəhidlər xiyabanında dəfn olunun I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədovun həyat yoldaşı Xırda Məmmədova deyib.
O, artıq gözlərinin yollardan yığıldığını vurğulayıb:
"Rayonda vəziyyət gərginləşəndə qadınları, uşaqları, yaşlıları Laçından çıxardılar, ayrılmış maşınlarla Ağcabədiyə gəldik. Ondan sonra biz Füzulidə məskunlaşdıq. Bir dəfə 5-10 dəqiqəlik gəldi, görüşüb, tez də qayıtdı.
Onun itkin düşdüyünü 1992-ci il mayın 18-də eşitdik. Həmin vaxtdan bəri Cümşüd haqqında heç bir məlumat öyrənə bilmədik. Yalnız bu il avqustun 10-da onun nəşinin tapıldığını bizə bildirdilər. Keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. 34 ildən sonra onun nəşinin tapılıb dəfn edilməsi bizim üçün tək təskinlikdir. Bu qədər müddətdə hər gün onun yolunu gözlədim. Artıq gözümüz yollardan yığıldı".