Şəhid qardaşı: Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü

Daxili siyasət
  • 08 may, 2024
  • 12:23
Şəhid qardaşı: Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü

Atam son nəfəsində qardaşımın şəklini qucaqlayıb dünyadan köçdü.

Bu sözləri "Report"un Yuxarı Şirvan bürosuna mayın 8-də İsmayıllı rayonunun Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Ayaz Həbibulla oğlu Ağayevin qardaşı Eynulla Ağayev bildirib.

O atasının ötən illər ərzində bir dəqiqə də olsa, ümidini üzmədiyini və qardaşımın yolunu gözlədiyini bildirib:

“Atamın uzun illər ərzində qardaşımı tapmaq üçün döymədiyi qapı, müraciət etmədiyi qurum qalmadı. Həmişə də bizə dönə-dönə deyirdi ki, əgər ömrüm vəfa etməsə, məndən sonra da qardaşınızı axtarıb tapın. Bu gün artıq atamın da ruhu şad və rahatdır”.

44 - Tezliklə