ATƏT sədri AXCP və Müsavat Partiyasının rəhbərləri ilə görüşməyəcək
Daxili siyasət
- 01 iyun, 2015
- 09:28
Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycana səfər edən ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin siyasi partiyaların nümayəndələri ilə görüşü planlaşdırılıb.
"Report"un məlumatına görə, ATƏT sədrinin Milli Məclisdə təmsil olunan partiya sədrləri ilə görüşü gözlənilir.
Milli Məclisdə təmsil olunmayan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası və digər partiyalar görüşə dəvət edilməyib.
AXCP və Müsavatdan "Report"a bildirilib ki, onlara görüşdə iştirakla bağlı dəvət gəlməyib.
Qeyd edək ki, ATƏT sədri İvitsa Daçiçin Azərbaycana səfəri bu gün başlayıb.
Son xəbərlər
17:19
Azərbaycanda turizm layihələrinə investisiya təşviqi mexanizmi tətbiq ediləcək
Turizm17:15
"Tvente" "Qarabağ"la oyundan əvvəl futbolçusu Sayf Ltayeflə yollarını ayırıb
Futbol17:12
Azərbaycan Gürcüstandan avtomobil idxalını 38 % azaldıb
Biznes17:11
Azərbaycanda Turizm İnformasiya Sistemi yaradılacaq
Turizm17:08
TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
Xarici siyasət17:06
Azərbaycanda Tuğ Enoturizm Təcrübə Mərkəzi yaradılacaq
Turizm17:03
TIF Azərbaycanın milli valyutasında maliyyə vəsaiti cəlb edə bilər
Maliyyə16:59
Aİ Ukraynaya 200 milyon avro ayrılması barədə sorğunu qəbul etməyib
Digər ölkələr16:51