Referendumu izləmək üçün MSK-da 846 müşahidəçi qeydiyyatdan keçib

Daxili siyasət
  • 07 sentyabr, 2016
  • 12:35
Referendumu izləmək üçün MSK-da 846 müşahidəçi qeydiyyatdan keçib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsini (referendum) izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 846 müşahidəçi qeydiyyatdan keçib.

“Report”un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

MSK-da qeydə alınanlardan 6 nəfəri MDB Parlamentlərarası Assambelyasının Şurasının Katibliyini təmsil edir. 135 nəfər öz təşəbbüsü ilə qeydə alınıb.

M.Pənahov qeyd edib ki, dairə seçki komissiyalarında (DSK) 37 429 müşahidəçi qeydiyyata alınıb.

44 - Tezliklə