Ramin Məmmədov Ordubadda vətəndaşları qəbul edib
Daxili siyasət
- 03 noyabr, 2025
- 17:01
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ordubad rayonunda vətəndaşları qəbul edib.
"Report" xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar dini icmanın kitablarla təmin edilməsi, dini maarifləndirmə işinin genişləndirilməsi, məscid təmiri, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Son xəbərlər
13:59
Ötən il Tunis Azərbaycandan neft alışını 3 %-dən çox azaldıb
Energetika13:59
Samir Abasov: "Sabah"ın Premyer Liqada liderliyi nə bəxt amilidir, nə də təsadüf"
Futbol13:46
Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
Futbol13:33
Qazaxıstan və İsrail vizasız rejim haqqında memorandum imzalayıb
Region13:17
"Real" İspaniya klubunun müdafiəçisi ilə maraqlanır
Futbol13:16
Hindistan Avropa İttifaqı ilə birgə müdafiə istehsalını genişləndirəcək
Digər ölkələr13:13
Foto
Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2
Daxili siyasət13:05
Azərbaycan mehmanxanalarının gəlirləri 6 % azalıb
Turizm13:05