Ramil İskəndərli: Milli QHT Forumu ölkədəki vətəndaş cəmiyyəti institutlarının çətiri rolunu oynayır
- 19 may, 2025
- 15:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli QHT Forumu ölkədəki vətəndaş cəmiyyəti institutlarının çətir təşkilatı kimi öhdəsinə düşən funksiyaları icra etməyə başlayıb, vətəndaş cəmiyyətinin ideya generatoruna çevrilib.
"Report" xəbər verir ki, bunu Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli qurumun birillik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2024-cü il mayın 15-də keçirilmiş Milli QHT Forumunun Ümumi Yığıncağı təsisatın həyatında yeni səhifə açıb, keyfiyyət mərhələsi yaradıb:
“Forum ötən dövrdə getdikcə zəifləmiş, iflic vəziyyətinə düşmüşdü. Forumun həyatında müşahidə edilən durğunluq və tənəzzülə son qoyulub, əvvəlki tərkib buraxılıb və struktur ləğv edilib, yeni və çevik idarəçilik mexanizmi yaradılıb. Artıq Milli QHT Forumunun beynəlxalq miqyasda yaxşı tanınan və qəbul edilən nüfuzlu təşkilat olduğunu əminliklə deyə bilərik.