Gölkənd kənd icmasının iclası keçirilib, səkkiz ayın hesabatı açıqlanıb

Daxili siyasət
  • 10 iyun, 2024
  • 14:44
Gölkənd kənd icmasının iclası keçirilib, səkkiz ayın hesabatı açıqlanıb

Qərbi Azərbaycan İcması (QAİ) Çəmbərək rayon Gölkənd kənd icmasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclas QAİ-in Sumqayıt nümayəndəliyində baş tutub. Toplantıya Gölkənd kənd icmasının üzvləri ilə yanaşı, Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov da qatılıb.

Gölkənd kənd İcmasının sədri Tanrıverdi Mustafayev Bakıda İcmaya ofis verildiyini bildirib.

Daha sonra Gölkənd kənd icması Ağsaqqallar Şurasının sədri, əməkdar müəllim, fizika üzrə fəlsəfə doktoru Vaqif Ələkbərov qeyd edib ki, əsas məqsəd dədə-baba yurdu olan Gölkəndin unutdurulmamasıdır.

Gündəliyə əsasən üç məsələ - kənd icmasının 8 ayda gördüyü işlərin qısa hesabatı, Qərbi Azərbaycan İcmasının vəsiqə və döş nişanlarının İcma üzvlərinə təqdim olunması, həmçinin cari məsələlər daxil edilib.

QAİ-in Çəmbərək rayonu Gölkənd icma üzvlərinə vəsiqə və döş nişanları təqdim olunub.