Qazi: Xalqın üzündəki sevinci görəndə deyirəm ki, bunun üçün döyüşməyə dəyərdi

Daxili siyasət
  • 08 noyabr, 2025
  • 12:56
Qazi: Xalqın üzündəki sevinci görəndə deyirəm ki, bunun üçün döyüşməyə dəyərdi

Qazi, eləcə də hərbçilərlə yanaşı gənclərin və uşaqların da Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçiriləcək hərbi paradı izləməyə gəlmələri qürur vericidir.

Bunu "Report"a açıqlamasında Vətən müharibəsində manqa komandiri olmuş qazi Cahangir Həbibli deyib.

Onun sözlərinə görə, bu günü bütün xalq bayram edir:

"Paradı izləməyə gələnlər arasında gəncləri və uşaqları görmək adamı qürurlandırır. Onlara vətənpərvərliyin aşılanması çox önəmlidir. Çünki gələcəyin əsgərləri, hərbçiləri məhz onlar olacaq".

C.Həbibli həmçinin əlavə edib ki, Qələbə uğrunda döyüşməyə, qorxmadan düşmənin üzərinə getməyə dəyərdi:

"Vətən müharibəsinin ilk günündən sonuna qədər iştirak etmişəm. Döyüşlər zamanı ayağım və qolumdan müxtəlif xəsarət alaraq yaralanmışam. Bu gün xalqın üzündəki sevinci görəndə deyirəm ki, bunun üçün döyüşməyə dəyərdi".

Son xəbərlər

Bütün Xəbər Lenti