Azərbaycanın daha bir cüdoçusu İslamiadada finala yüksəlib - YENİLƏNİB

Fərdi
  • 09 noyabr, 2025
  • 15:28
Azərbaycanın daha bir cüdoçusu İslamiadada finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Səudiyyə Ərəbistanının paytaxı Əl-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, 100 kq çəki dərəcəsində Zelim Kotsoyev yarımfinalda bəhreynli rəqibi Said Sadrudinovu məğlub edərək adını finala yazdırıb.

Qeyd edək ki, bu gün digər cüdoçumuz Südabə Ağayeva (70 kq) da həlledici mərhələyə adlayıb.

Cüdo üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Südabə Ağayeva Səudiyyə Ərəbistanının paytaxı Əl-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinal mərhələsində Kamerun təmsilçisi Zita Ornella Biamini məğlub edərək adını həlledici görüşə yazdırıb.

Final qarşılaşması bu gün keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti