Qaxda Zəfər Günü münasibəti ilə silsilə tədbirlər keçirilib

Daxili siyasət
  • 07 noyabr, 2023
  • 19:29
Qaxda Zəfər Günü münasibəti ilə silsilə tədbirlər keçirilib

Qax rayonunda 8 noyabr Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 8 Noyabr - Zəfər Günü münasibəti ilə təsdiq olunmuş rayonun​ tədbirlər planına əsasən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə, təhsil, mədəniyyət və digər​ müəssisə, təşkilatlarda Zəfər gününə həsr olunmuş silsilə tədbirlər keçirilib, Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.

​Keçirilən silsilə tədbirlərdə bildirilib ki, xalqımız 30 ilə yaxın gözlədiyi Qələbənin sevincini yaşayır. Üç ildir bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olunub. 8 Noyabr Zəfər Günü. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərimiz dövlətimizin və xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatıdır.

O da əlavə olunub ki, tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr Zəfər Günü​ Qax​ rayonunda da böyük qürurla​ qeyd olunur.