Prezidentin cəza siyasətinin liberallaşdırılması siyasəti prokurorluq orqanlarında uğurla icra edilir

Daxili siyasət
  • 27 yanvar, 2018
  • 12:02
Prezidentin cəza siyasətinin liberallaşdırılması siyasəti prokurorluq orqanlarında uğurla icra edilir
Baş Prokurorluq

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2017-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında ötən il Azərbaycanda insan hüquqlarının daha səmərəli təmin olunması, hüquq və qanunvericilik sisteminin inkişafının yeni mərhələsi sayıla biləcək ölkə başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli proqram xarakterli Sərəncamının bu istiqamətdə görülən işlər üçün yol xəritəsi əhəmiyyətinə malik olması qeyd edilib.

“Report”un xəbərinə görə, ölkədə uzun illər cinayətkarlığa qarşı aparılan barışmaz və effektiv mübarizənin məntiqi nəticəsi kimi qəbul edilmiş sərəncamın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanist siyasətin növbəti təzahürü olması bildirilməklə Sərəncamdan irəli gələn, prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin tam və dəqiq yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə konkret tapşırıqlar verilib.

Kollegiya iclasında bildirilib ki, 2017-ci ildə də cinayətkarlığa qarşı mübarizə gücləndirilib, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahələrində zəruri tədbirlər görülüb.

44 filmi