Prezident seçkilərini izləmək üçün MSK-da 168 müşahidəçi qeydiyyatdan keçib

Daxili siyasət
  • 27 fevral, 2018
  • 12:47
Prezident seçkilərini izləmək üçün MSK-da 168 müşahidəçi qeydiyyatdan keçib
Report

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün 168 müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib.

“Report”un xəbərinə görə, bu barədə MSK-dan məlumat verilib.

Bildirilib ki, bunların 36-sı öz təşəbbüsü, 132-si isə qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib.