Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

Daxili siyasət
  • 05 dekabr, 2019
  • 13:32
Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib
İlham Əliyev

Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm".