Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə 1 milyon manat ayırıb

Daxili siyasət
  • 21 iyul, 2016
  • 14:06
Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə 1 milyon manat ayırıb

Bakı. 21 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncam ölkədə nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi imzalanıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb. 

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.