Bakıda Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə mətbuat konfransı keçirilir
- 11 iyun, 2015
- 11:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı.11 iyun. REPORT.AZ/ Bakıda Azərbaycan Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə mətbuat konfransı keçirilir.
“Report”un məlumatına görə, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev deyib ki, mətbuat konfransını təşkil etməkdə məqsəd jurnalistləri maraqlandıran suallara cavab verməkdir: “Dövlət qurumlarına bəzi məsələlərlə bağlı suallar ünvanlanırdı. Bunları ayrı-ayrı cavablandırmaq bir qədər çətin olardı. Ona görə də belə bir mətbuat konfransı keçirməyə qərar verdik”.
Mətbuat konfransında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov iştirak edir.