Polis Ağsuda piyadaları və sürücüləri cərimələdi
Daxili siyasət
- 14 aprel, 2021
- 19:47
Baş Dövlət Yol Polis İdarəsi və Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tədbirlər planına uyğun olaraq rayon ərazisində reyd keçiriblər.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, reyd əsasən sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi daşıyıb. Yol polisi əməkdaşları istər sürücülərlə, istərsə də piyadalarla profilaktik söhbətlər apararaq onlara yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə ediblər.
Reyd zamanı ümumilikdə 40-a yaxın piyada və sürücü saxlanılıb, onlardan 20 nəfər piyada, 5 nəfər sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələr tətbiq olunub.
Son xəbərlər
05:14
Kolumbiyada zəlzələdən sonra beş hava limanı fəaliyyətini bərpa edib
Digər ölkələr04:35
KXDR-in atdığı raket Yaponiyanın xüsusi iqtisadi zonasının ətrafına düşüb
Digər ölkələr04:08
Rusiyanın ən böyük neft-kimya kompleksi dron hücumuna görə fəaliyyətini dayandırıb
Region03:54
Maltada Etna vulkanının kül buluduna görə onlarla aviareys ləğv edilib
Digər ölkələr03:21
Bab əl-Məndəb boğazında gəmiyə zərbə nəticəsində ölənlərin sayı altıya çatıb – YENİLƏNİB
Digər ölkələr02:46
Video
Kolumbiyada zəlzələ qurbanlarının sayı 234 nəfərə çatıb - YENİLƏNİB-12
Digər ölkələr02:18
Zelenski: Kəşfiyyat Rusiyanın payızda səfərbərliyə hazırlaşdığını təsdiqləyir
Digər ölkələr01:57
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
Digər ölkələr01:35