Özbəkistan rəsmisi: Azərbaycanın Qarabağ zəfəri ilə biz də fəxr edirik
- 16 dekabr, 2025
- 12:34
Qarabağ zəfəri ilə qardaş Azərbaycan xalqı ilə bərabər biz də fəxr edirik.
"Report" xəbər verir ki, bunu Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Kudratulla Rafikov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, Azərbaycanın gücünü, cəsarətini və potensialını dünyaya sübut edib.
K.Rafikov Azərbaycan-Özbəkistan münasibətlərinin ən yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib:
"Bu gün 80 mindən çox azərbaycanlı Özbəkistanda bərabərhüquqlu vətəndaş kimi yaşayır".
Federasiya sədri bildirib ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası möhkəm təməl üzərində dayanıb və yeni nailiyyətlərin astanasındadır:
"Biz inanırıq ki, bu inkişaf və nailiyyətlər davamlı və faydalı olacaq".