Ötən ay 3225 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib

Daxili siyasət
  • 11 iyun, 2018
  • 14:42
Ötən ay 3225 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib

Bakı. 11 iyun. REPORT.AZ/ May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3225-nə müvəqqəti yaşama, 237-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqəsi verilib, 35-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.

DMX-dan "Report"a verilən məlumata görə, ay ərzində 729 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.

Qeyd edək ki, DMX tərəfindən ay ərzində, ümumilikdə, 4226 şəxsə respublikamızda müvəqqəti və daimi yaşama, iş icazəsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar qəbul olunub.