Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib

Daxili siyasət
  • 28 sentyabr, 2016
  • 21:38
Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Sənəddə bildirilir:

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 9.1-ci bəndi aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda 9.2-ci bənd əlavə edilsin:

9.1. (Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri)

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi.

9.2.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri