Naxçıvanda Xarici Kəşfiyyat Xidməti yaradılıb

Daxili siyasət
  • 21 yanvar, 2016
  • 18:34
Naxçıvanda Xarici Kəşfiyyat Xidməti yaradılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

“Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmanla Naxçıvan Kəşfiyyat Xidmətinə əsasnamənin layihəsini, strukturu və işçilərinin sayı tərkibi barədə təkliflərini Ali Məclis sədrinə təqdim etmək tapşırılıb.