Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 34 əcnəbi aşkarlanıb

Daxili siyasət
  • 24 dekabr, 2019
  • 22:22
Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 34 əcnəbi aşkarlanıb
taz.de

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 34 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Bu barədə "Report" Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, ötən ay muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 719 müraciət daxil olub. Müraciətlərdən 155-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğulolmaq üçün iş icazələrinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcədə vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Həmçinin olduğu yer üzrə qeydiyyatla bağlı 564 müraciət qeydə alınaraq icrası təmin olunub, müraciətlərdən 249-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib. 

44 - Tezliklə