Naxçıvanda ikinci “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçiriləcək
- 05 iyun, 2024
- 12:24
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 21-22-də Şahbuz rayonunun Batabat yaylağında ikinci “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçiriləcək.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən mətbuat konfransında bildirib.
Qeyd olunub ki, festival-konqresdə Qərbi Azərbaycanda xalqımızın uzun illər ərzində yaratdığı mədəniyyət, mədəni irs, tarixi keçmişimiz təbliğ ediləcək.
Həmçinin festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq. Həmçinin Qərbi Azərbaycandan olan iki gəncin toyunun keçirilməsi nəzərdə tutulur.
Qərbi Azərbaycanın 11 mahalını canlandıran çadırlar qurulacaq.