Naxçıvanda idman kompleksləri yaradılacaq, açıq hava idman qurğuları qurulacaq

Daxili siyasət
  • 05 iyun, 2023
  • 11:43
Naxçıvanda idman kompleksləri yaradılacaq, açıq hava idman qurğuları qurulacaq

Naxçıvanda əhalinin asudə vaxtının səmərəli təşkili üçün idman kompleksləri yaradılacaq və açıq hava idman qurğuları qurulacaq.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Bununla bağlı icraçı qurum kimi Naxçıvanın Nazirlər Kabineti ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi müəyyənləşib.

Proqramda qeyd olunub ki, bu işlər 2023–2027-ci illəri əhatə edəcək.